Ordu.az xəbər verir ki, bu barədə BFMTV telekanalı HƏMAS-ın bəyanatına istinadən məlumat yayıb.
"ABŞ İsrailə qeyri-məhdud siyasi və hərbi dəstək göstərdiyi üçün Vaşinqton Qəzzada qadın və uşaqların öldürülməsinə görə tam məsuliyyət daşıyır", - bəyanatda bildirilib.
Daha əvvəl Ağ Evin nümayəndəsi Kerolayn Levitt “Fox News” telekanalının efirində təsdiqləyib ki, İsrail tərəfi Qəzzaya hava zərbələri endirməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə məsləhətləşib.
Ordu.az