Ordu.az xəbər verir ki, Rivz Britaniya İxrac Maliyyə Korporasiyasının (UKEF) müdafiə sektoru üçün birbaşa kredit imkanlarını 2 milyard funt-sterlinq artıraraq, 10 milyard funt-sterlinqə çatdıracağını açıqlayıb.
Nazir verdiyi yazılı açıqlamada ölkənin raket və təyyarə ixracını artırmaq, müdafiə sənayesini gücləndirmək üçün Britaniya müdafiə şirkətlərindən satınalma etmələri üçün digər ölkələrə verilən kreditin ümumi məbləğinin artırılacağını bildirib.
Bu kontekstdə Rivz qeyd edib ki, UKEF müdafiə sektoru üçün birbaşa kredit imkanlarını 2 milyard funt-sterlinq artıraraq, 10 milyard funt-sterlinqə çatdıracaq.
“Dünya dəyişir, biz zəhmətkeş insanları qoruyan, ölkəmizi təhlükəsiz saxlayan yeni təhlükəsizlik və yenilənmə dövrünü gətirməliyik. UKEF-in kredit imkanlarının bu artımı müdafiə sənayemizi və tədarük zəncirlərimizi gücləndirən, iş yerləri yaradan və ölkə daxilində artımı dəstəkləyən sənaye strategiyamızın bir hissəsidir”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az