Estoniyalı parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər - FOTOLAR

2025/03/eston-1741863804.jpg
Oxunub: 679     14:15     13 Mart 2025    
Ölkəmizdə səfərdə olan Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Riina Solman və qrupun üzvü Maria Jufereva-Skuratovski martın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Bu barədə Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb, qonağlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova və digər rəsmi şəxslər müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Estoniya   Azərbaycan  


Bizi "telegram"da izləyin