Ərdoğan: "Suriyadakı köhnə rejimin qalıqları terror cəhdləri ilə çirkli kampaniya aparırlar"

2025/03/1741025278.jpg
Oxunub: 414     13:42     12 Mart 2025    
Suriyadakı köhnə rejimin qalıqları terror cəhdləri edərək çirkli kampaniya aparırlar.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.

"Onlar millətimizin qardaşlığına qarşı təxribat törədir və bu yolla birgə yaşama iradəmizə qarşı sui-qəsd təşkil edirlər", - deyə Türkiyə Prezidenti qeyd edib.

R.T.Ərdoğan, həmçinin vurğulayıb ki, təxribat xarakterli açıqlamalarla Türkiyədə yeni bir problem, xaos yaratmağa çalışan qüvvələr var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya  


Bizi "telegram"da izləyin