G7 XİN başçılarının iclasında Ukraynada atəşkəs müzakirə ediləcək

2024/10/1729746163.jpg
Oxunub: 433     13:23     12 Mart 2025    
Ukraynada atəşkəs və ABŞ-nin Kiyevə yardımı bərpa etməsi G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadada keçiriləcək görüşündə əsas müzakirə mövzuları olacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri, Baş nazirin müavini Antonio Tayani bildirib.

"Atəşkəs və Kiyev üçün ABŞ-nin hərbi müdafiəsinin bərpası G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadada, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edəcəyi ilk məsələlər olacaq", - o söyləyib.

Nazir, həmçinin qeyd edib ki, Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlar Ukrayna üçün sülhə aparan yolda mühüm addımdır.

İtaliyanın Baş naziri Corcia Meloni Səudiyyə Ərəbistanındakı görüşün nəticələrini şərh edərək bildirib ki, Roma "Prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nin Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək ədalətli sülhə nail olmaq səylərini tam dəstəkləyir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   XİN   Ukrayna  


Bizi "telegram"da izləyin