Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Dünən gecə (martın10-da - red) təhlükəsizlik qüvvələri bütün Yəhudeya və Samariyada (İordan çayının İsrailə aid qərb sahili) terrorun qarşısını almaq üçün əməliyyat keçirib. İsrail qüvvələri üç terrorçunu öldürüb. Axtarışda olan 35 şəxs, o cümlədən bir neçə HƏMAS terrorçusu saxlanılıb və silah-sursatlar ələ keçirilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, mübarizə davam edəcək.
Ordu.az