Aİ ərəblərin ölkələrinin hazırladığı Qəzzanın yenidən qurulması planını araşdırır

2025/01/1737011831.jpg
Oxunub: 433     00:56     12 Mart 2025    
Qəzza zolağını yenidən qurmaq üçün sabitlik və sülh lazımdır və ərəb ölkələrinin planı bunda böyük rol oynaya bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Qəzza zolağında atəşkəs təhdid altındadır. Hər iki tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və ikinci mərhələ üzrə danışıqların uğurlu olması həyati əhəmiyyət kəsb edir. Humanitar yardım və xidmətlər siyasiləşdirilməməlidir", - deyə o bildirib.

K.Kallas qeyd edib ki, Avropa İttifaqı ərəb ölkələrinin Qəzzanın yenidən qurulması planını alqışlayır və tərəfdaşlarımızla gələcək müzakirələri səbirsizliklə gözləyir.

Aİ-nin Qəzza zolağının yenidən qurulmasında ərəb ölkələri ilə əməkdaşlığa necə baxdığı sualına K.Kallas belə cavab verib: “Biz ərəb tərəfdaşlarımızla yaxından işləyirik və onların planını diqqətlə öyrənirik, həmçinin bizim töhfəmizin nə ola biləcəyinə baxırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza    


Bizi "telegram"da izləyin