Zaxarova yaxın günlərdə ABŞ nümayəndələri ilə görüşün olacağını istisna etməyib

2025/02/1739533772.jpg
Oxunub: 443     01:23     12 Mart 2025    
“Rusiya yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə görüşlərin olmasını istisna etmir.”

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Rusiya tərəfi ilə bu gün və ya sabah görüşmək niyyətində olduğu ilə bağlı dediklərinə münasibət bildirən Zaxarova "Biz yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə görüşləri istisna etmirik", - deyə açıqlama verib.

Qeyd edək ki, Tramp həmçinin Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da demişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   ABŞ  


Bizi "telegram"da izləyin