Kir Starmer: "Rusiya indi atəşkəsə razı olmalıdır"

2025/03/1740908725.jpg
Oxunub: 517     00:28     12 Mart 2025    
Rusiya atəşkəsə razı olmalı və döyüşlərə son qoymalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlı bəyanatında bildirib.

“Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı səmimiyyətlə alqışlayıram. Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin dediyi kimi, top indi Rusiya meydançasındadır”, - deyə Starmer qeyd edib.

O həmçinin vurğulayıb ki, növbəti addımları müzakirə etmək üçün martın 15-i liderləri toplayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Rusiya  


Bizi "telegram"da izləyin