HƏMAS Qəzza ilə bağlı danışıqların yeni mərhələsini açıqlayıb

2025/03/1740804923.jpg
Oxunub: 497     00:33     12 Mart 2025    
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını açıqlayıb və diplomatik prosesdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadid deyib.

"Bu gün [Qəzzada] atəşkəs danışıqlarının yeni raundu başlayıb və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq. Ümid edirik ki, bu məsləhətləşmələr razılaşmanın ikinci mərhələsi üzrə tamhüquqlu danışıqların başlanması istiqamətində mühüm irəliləyişə səbəb olacaq", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin