HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur

2025/03/1741503897.jpg
Oxunub: 460     19:41     11 Mart 2025    
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında davam edən blokada şəraitində aclığın ilk əlamətlərinin müşahidə olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Hazem Qasem teleqram kanalında bildirib.

Qassem qeyd edib ki, İsrail son 10 gün ərzində anklava qidanın daxil olmasını əngəlləyir.

HƏMAS nümayəndəsi Ərəb Dövlətləri Liqasından təşkilatın Misirdə keçirilən fövqəladə sammitinin qətnaməsini, xüsusən də Qəzza zolağındakı blokadanın aradan qaldırılması ilə bağlı müddəaları yerinə yetirməyi xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin