NATO Baş katibi: "Trampın sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib"

2025/03/1741707662.jpg
Oxunub: 494     19:22     11 Mart 2025    
Mən Ukrayna məsələsində ABŞ Prezidenti Donald Trampın tərəfində olardım, çünki onun sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Kosovo Prezidenti Vjosa Osmani ilə birgə mətbuat konfransında bildirib.

“Ukraynada sülh sazişi və ya atəşkəs baş tutarsa, bu zaman təhlükəsizlik zəmanətləri məsələsi əsas olacaq. Bunun bir yolu Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ola bilər, amma bunun başqa yolları da ola bilər”- deyə Rutte qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rutte  


Bizi "telegram"da izləyin