Polşanın Baş naziri sabah Türkiyəyə gedəcək

2025/01/1736878008.jpg
Oxunub: 551     18:31     11 Mart 2025    
Polşanın Baş naziri Donald Tusk martın 12-də Türkiyəyə işgüzar səfər edəcək.

Ordu.az “CNN Türk”ə istinadən xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Həmçinin Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər barədə də danışılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tusk   Polşa  


Bizi "telegram"da izləyin