Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu gün Ciddədə ABŞ-Ukrayna danışıqları olacaq. Sülh nizamlanmasına çıxış yollarını axtaran ABŞ tərəfi bizi hansısa şəkildə məlumatlandıracaq", - o, Rusiya Prezidenti Vladimir Putin ilə Ağ Ev rəhbərinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun görüşünün mümkünlüyü barədə məlumatları şərh edərkən vurğulayıb.
"Bunun necə ediləcəyi barədə sizə vaxtında məlumat verəcəyik", - D.Peskov əlavə edib.
Ordu.az