Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hesabata görə, Türkiyənin qlobal silah ixracatındakı payı son 4 ildə 103% artaraq, dünyanın 11-ci ən böyük silah ixracatçısı olub.
Eyni dövrdə Türkiyənin silah idxalı 33% azalıb.
SIPRI-nin məlumatlarına görə, Türkiyə 2020-2024-cü illər arasında qlobal silah ixracatındakı payını 1,7%-ə çatdırıb.
2015-2019-cu illərdə bu nisbət 0,8% idi ki, bu da Türkiyənin müdafiə sənayesində xarici genişlənməsini və müstəqilliyini artırdığını göstərir.
Bu müddətdə Türkiyənin ən böyük silah alıcıları belə sıralanıb:
Birləşmiş Ərəb Əmirlikləri – Türkiyənin ümumi silah ixracının 18%-ni təşkil edib.
Pakistan – 10% payla ikinci yerdədir.
Qətər – 9,9% ilə üçüncü ən böyük müştəri olub.
Sevinc Əliyeva
Ordu.az