Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, GÖKBERK Mobil Lazer Silah Sistemi bu günün görkəmli asimmetrik mobil hava təhdidlərini effektiv şəkildə məhv edə bilir.
GÖKBERK mini/mikro Pilotsuz Uçuş Aparatları (PUA) və əldəqayırma partlayıcı qurğu kimi təhdidləri “hard kill-soft kill” üsulu ilə məhv etməyi təmin edən yaxın sahə hava hücumundan müdafiə silah sistemi olaraq seçilir.
Daha öncə kvadrokopter tipli və sabit qanadlı kamikadze PUA-larına qarşı effektivliyini daha əvvəl sübut edən GÖKBERK bu yaxınlarda döyüş meydanında mövcud asimmetrik təhlükələrdən biri olan FPV tipli PUA-lara qarşı da sınaqdan keçirilib.
Aparılan sınaq işlərində müxtəlif ssenarilərdə FPV təhdidlərinin aşkarlanması, avtomatik izlənilməsi və məhv edilməsi GÖKBERK sistemi ilə uğurla həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az