ABŞ Dəniz Piyadaları Korpusu ilk F-35 eskadrilyasını Yaponiyaya yerləşdirib

2025/03/1741683408.jpg
Oxunub: 556     16:56     11 Mart 2025    
ABŞ Dəniz Piyadaları Korpusu ilk F-35 eskadrilyasını kontinental ABŞ-dən Yaponiyaya yerləşdirərək, Hind-Sakit okean bölgəsindəki aviasiya əməliyyatlarında strateji addım atacağını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusu ilk dənizaşırı daimi missiyası üçün ilk F-35 eskadrilyasını Yaponiyadakı ABŞ bazasına yerləşdirib.

Üçüncü Dəniz Ekspedisiya Qüvvələrinin verdiyi açıqlamada 121-ci Dəniz Döyüş Təyyarələri Hücum Eskadrilyasından havaya qalxan 10 ədəd F-35B döyüş təyyarəsinin Yaponiyanın İvakuni şəhərindəki ABŞ Dəniz Piyadaları Aviabazasına çatdığı açıqlanıb.

İlk mərhələdə yay aylarında bazaya 6 ədəd F-35B təyyarəsinin yerləşdiriləcəyi bildirilən açıqlamada təyyarənin Sakit okeanı keçmək üçün ilk olaraq Arizonadakı “Yuma” bazasına endiyi, oradan da okeanı keçərək, Yaponiyaya uçduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35   Yaponiya  


Bizi "telegram"da izləyin