İstanbulun 4 bələdiyyəsində anti-terror əməliyyatı: həbslər var

2025/03/1741682577.jpg
Oxunub: 446     12:34     11 Mart 2025    
Türkiyənin İstanbul şəhərində yerləşən 4 bələdiyyə idarəsində anti-terror əməliyyatı keçirilib.

Ordu.az türk KİV-lərinə istinadən xəbər verir ki, DHKP/C terror təşkilatına 2014-2016-cı illərdə maliyyə yardımının göstərilməsi ittihamı ilə Ataşehir, Maltəpə, Sarıyer və Şişli Bələdiyyələrində axtarışlar və həbslər həyata keçirilib.

Məlumata görə, Ataşehir bələdiyəsində 3 nəfərin, Maltepe bələdiyyəsində 5 nəfərin, Sarıyer bələdiyyəsində 8 və Şişli bələdiyyəsindən 8 şübhəlinin həbs olunduğu bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Anti-terror   Əməliyyat  


Bizi "telegram"da izləyin