Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Tayvandakı Amerika İnstitutunun direktoru Reymond Qrin Taypeydə yerləşən “Liberty Times” qəzetinə açıqlamasında deyib: “Biz xüsusilə asimmetrik müharibə üçün avadanlıqların çatdırılmasını sürətləndirmək məqsədilə fəal işləyirik, çünki bu avadanlıq Tayvanın (Tayvan administrasiyası-red.) müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir”.
Qrin verdiyi açıqlamada həmçinin bildirib: “Ukraynadakı müharibə bitərsə, diqqətimizi yenidən Tayvanın müdafiə ehtiyaclarına yönəltməyimiz gözlənilir”.
Qəzet müsahibənin nə vaxt aparıldığını açıqlamayıb.
Sevinc Əliyeva
Ordu.az