Ordu.az xəbər verir ki, yeni nəsil turboreaktiv mühərriki raketləri gücləndirəcək.
Türkiyənin raket mühərrikləri sahəsində mükəmməllik mərkəzi olan “Kale Jet Motorları” (Kale Jet Engines) işlərini davam etdirir.
“Çakır” raketi üçün KTJ-1750, “Atmaca” və SOM raketləri üçün KTJ-3200, “Kara Atmaca” raketi üçün KTJ-3700 turboreaktiv mühərrikini inkişaf etdirən şirkət yeni turboreaktiv və turbofan raket mühərrikləri üzərində işlərini davam etdirir.
Türkiyəli jurnalistlər “Kale Jet Motorları”nı ziyarət ediblər və baş direktor Cüneyt Kengerdən müsahibə alıblar. Müsahibə zamanı Kenger şirkətin hazırkı və gələcək layihələri, kütləvi istehsal və sınaq infrastrukturları haqqında məlumat verib.
Müsahibə zamanı “Kale Jet Motorları” tərəfindən inkişaf etdirilən yeni nəsil turboreaktiv raket mühərriki ilk dəfə görüntülənib.
Məxfilik səbəbindən yeni mühərrikin adını və xüsusiyyətlərini açıqlamayan Kenger qeyd edib:
“Kütləvi istehsal səyləri davam edərkən, yeni mühərrik inkişaf səylərimiz də davam edir. Bunlar həm turboreaktivlər, həm də turbofanlar kimi davam edir. Məsələn, indi gördüyümüz mühərrik, üstün xüsusiyyətlərə malik yeni turboreaktiv mühərrikimizdir. KTJ-1750, KTJ-3200 və ya KTJ-3700 deyil. Bunlardan başqa, biz hazırda daha da üstün turboreaktiv mühərriki inkişaf etdiririk və o da sınaq mərhələsindədir”.
Sevinc Əliyeva
Ordu.az