Ordu.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərində layihənin ilk fotoşəkilləri paylaşılıb, ancaq sözügedən sualtı qayığın inşa edildiyi yer və baxış keçirmənin tarixi açıqlanmayıb.
Məlumata görə, rəsmilər Kimə Cənubi Koreya və ABŞ üçün böyük təhlükəsizlik təhdidləri yarada biləcək silah sistemi kimi xarakterizə edilən bu sualtı qayığın inşası barədə məlumat veriblər.
Ölkənin ilk nüvə enerjisi ilə işləyən sualtı qayığının layihə sahəsinə səfəri zamanı Kim donanmanın gücləndirilməsinin Şimali Koreyanın müdafiə strategiyasının mühüm elementi olduğunu vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya son illərdə qabaqcıl donanma gəmiləri əldə etməyə çalışıb və 2023-cü ilin sentyabrında yeni “taktiki nüvə hücum sualtı qayığı”nı təqdim edib.
Cənubi Koreyanın 2023-cü ildə nəşr olunan Müdafiə Ağ Kitabına görə, Şimali Koreyanın kiçik sualtı qayıqlar da daxil olmaqla, 70-ə yaxın sualtı qayığı var, Cənubi Koreyanın sualtı qayıq gücü isə 10-a yaxın gəmidən ibarətdir.
Sevinc Əliyeva
Ordu.az