İlon Mask Polşanın Xarici İşlər Nazirinə ittihamlar irəli sürdü

2025/02/1739784242.jpg
Oxunub: 428     01:23     11 Mart 2025    
Amerikalı sahibkar İlon Mask, "X" sosial şəbəkəsində bəyan edərək Polşanın Xarici İşlər Naziri Radoslav Sikorskinin milyarder Corc Sorosun əlaltısı olduğunu iddia edib.

Ordu.az xəbər verir ki, Mask bu bəyanatı Sikorski ilə Ukraynada "Starlink" sisteminin söndürülməsinə dair məlumatlar ətrafında mübahisə zamanı bildirib.

Sosial şəbəkə istifadəçilərindən biri Sikorski və Sorosun dost olduqlarını təxmin edib, Mask isə "Bəli, o, Sorosun əlaltısıdır" deyə cavab verib.

Qeyd edək ki, Mask və Sikorski arasındakı mübahisə "X" sosial şəbəkəsində baş verib. Mask, Polşanın Xarici İşlər Naziri Sikorskini kiçik adam adlandırıb və ondan susmasını tələb edib.

Sikorski isə bildirib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollar ilə maliyyələşdirilir. Nazir, həmçinin vurğulayıb ki, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Polşa  


Bizi "telegram"da izləyin