Moskva vilayətində PUA hücumu zamanı 20 nəfər xəsarət alıb, iki nəfər ölüb - YENİLƏNİB (VİDEO)

2025/03/1741670408.jpg
Oxunub: 1069     11:31     11 Mart 2025    
Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra 20 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı yazıb.

Bölgə qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Moskva ətrafında PUA hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. 50 yaşlı kişi xəstəxanada ölüb.

Onun sözlərinə görə, Moskva vilayətindəki üç bələdiyyədə maksimum sayda yaralı və ən böyük ziyan qeydə alınıb.

Leninski şəhər dairəsində dronun qalıqlarının düşməsi nəticəsində altı nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.

***

Pilotsuz uçuş aparatlarının düşməsi nəticəsində ən çox zərərçəkən və dağıntılar Moskva ətrafındakı üç bələdiyyədə qeydə alınıb.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Məlumata görə, hücum zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb.

***

Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andry Vorobyov bildirib.

Qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın Moskvaya doğru uçan 69 PUA-sını vurub.

Samara vilayətində və Tatarıstanda PUA hücumu təhlükəsi elan edilib, həmçinin Vladimir, Tula, Kaluqa və Ryazan vilayətləri üzərində Ukrayna dronları vurulub.

Moskvanın Jukovski, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.

Moskva vilayətində PUA dəmir yolu stansiyasına düşüb, nəticədə qatarların hərəkəti dayandırılıb.

Moskva vilayətinin Ramenskoye şəhərində PUA hücumu nəticəsində azı 7 mənzilə ziyan dəyib, onlardan 12 nəfər təxliyə edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   PUA   Ölüm  


Bizi "telegram"da izləyin