Zelenski Səudiyyə Ərəbistanına səfər edib

2025/02/1740324775.jpg
Oxunub: 3810     04:45     11 Mart 2025    
Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Ordu.az bu barədə “Ukrinform“a istinadla xəbər verir.

“Prezident Volodimir Zelenski bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib”, - deyə “Ukrinform“ Ukrayna rəsmisinə istinadən yazır.

Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin