Zelenski Səudiyyə Ərəbistanına yollanıb

2025/03/1740990127.jpg
Oxunub: 514     19:40     10 Mart 2025    
Ukrayna prezidenti Volodimir Zelenski vəliəhd şahzadə Məhəmməd ibn Salman əl-Saudla danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz Telegram-kanalında yazıb.

O, prezident təyyarəsinin Polşadan birbaşa Səudiyyə Ərəbistanına yola düşdüyünü bildirib.

Qeyd edilir ki, Ukrayna lideri vəliəhd şahzadə ilə görüşdükdən sonra, ukraynalı bəzi hökumət nümayəndələri ABŞ-la danışıqlar aparmaq məqsədilə krallıqda qalacaqlar.

Ukraynanın nümayəndə heyətinə Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak, Xarici işlər naziri Andrey Sibiqa, Müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqada komandiri Pavel Palisin daxil olacağı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin