Britaniya sahillərində tankerlə yük gəmisi toqquşub, 30-dan çox yaralı var - YENİLƏNİB (VİDEO)

2025/03/1741613237.jpg
Oxunub: 701     18:06     10 Mart 2025    
Böyük Britaniyada neft tankeri ilə yük gəmisinin toqquşması nəticəsində 32 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam edir.

***

Böyük Britaniyada neft tankeri ilə yük gəmisi toqquşub.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.

Kral Sahil Mühafizəsi bildirib ki, Şimal dənizində, Şərqi Yorkşir sahillərində tanker və yük gəmisi toqquşub.

Məlumata görə, neft tankeri toqquşmadan sonra yanıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında baş verən toqquşmadan sonra təcili xilasetmə əməliyyatı aparılır. Hadisə yerinə bir neçə xilasedici qayıq və sahil mühafizəsinin xilasedici helikopteri cəlb edilib.

“Kral Sahil Mühafizəsi hazırda Şərqi Yorkşir sahillərində tankerlə yük gəmisinin toqquşması ilə bağlı xəbərlərə təcili cavab tədbirləri koordinasiya edir", - Sahil Mühafizəsinin sözçüsü bildirib.

Dəymiş zərər və təlafət barədə hələ ki məlumat verilməyib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Toqquşma  


Bizi "telegram"da izləyin