Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Pasifik Teknoloji”nin müdafiə sənayesi texnologiyaları sahəsində fəaliyyət göstərən şirkəti “TİTRA Teknoloji”nin törəmə şirkəti “SAVX Teknoloji” tərəfindən təxminən bir il ərzində inkişaf etdirilən üstün xüsusiyyətlərə malik FPV tipli kamikaze PUA-sı MERKÜT-ün imkanları artmaqda davam edir.
Bu dəfə yerli istehsal olan MERKÜT-ə yüksək dəqiqlikli və geniş baxış bucaqlı termal görüntüləmə sistemi inteqrasiya edilib.
MERKÜT yönləndirilmiş sursat sistemi yüksək təhlükəsizliyə malik başlıq sistemi və yaxınlaşma sensorlu avtomatik partlama xüsusiyyətləri ilə istifadə asanlığı və effektiv tapşırıq qabiliyyəti təklif edir.
Radioelektron mübarizə mühitlərində son dərəcə effektiv fəaliyyət göstərə bilən MERKÜT 20 dəqiqəlik uçuş müddəti və 8 kilometrlik rabitə məsafəsi ilə əhəmiyyətli bir üstünlük təqdim edir.
Sevinc Əliyeva
Ordu.az