Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərakeş Kral Silahlı Qüvvələri 2020-ci ildə FMS (Xarici Hərbi Satışlar) vasitəsilə ABŞ-dən sifariş etdiyi 24 ədəd “AH-64E Apache” hücum helikopterindən ilk 6 ədədini martın 3-də inventarına əlavə edib.
Sözügedən tədarük Mərakeş Kral Silahlı Qüvvələrinin sosial media hesablarında elan edilib. Bu tədarüklə Mərakeş “AH-64 Apache” hücum helikopterindən istifadə edən 17-ci ölkə olub.
Qeyd edək ki, uzun danışıqlar prosesindən sonra Mərakeş 2019-cu ildə ABŞ Dövlət Departamentindən FMS təsdiqini alıb və daha sonra 2020-ci il iyunun 25-də “Boeing” ilə 24+12 (istəyə bağlı) “AH-64E Apache” hücum helikopterinin, ehtiyat hissələrinin tədarükü də daxil olmaqla, təxminən 4,25 milyard dollar dəyərində müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az