Çexiyadan Vyetnama təlim təyyarələrinin tədarükü başa çatıb

2025/03/2025--1741596546.jpg
Oxunub: 529     17:48     10 Mart 2025    
Vyetnamın Çexiya istehsalçısı “Aero Vodochody” şirkətindən aldığı 12 ədəd “L-39 Skyfox” təlim təyyarəsinin tədarükü başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Aero Vodochody” rəsmi “X” hesabında məlumat yayıb.

“Vyetnamda “L-39 Skyfox”! “AERO Vodochody AEROSPACE” və OMNIPOL 6 ədəd “L-39 Skyfox” təyyarəsinin Vyetnam Hərbi Hava Qüvvələrinə tədarükünü uğurla başa çatdırıb. Bu o deməkdir ki, sifariş edilən 12 təyyarənin hamısı uğurla tədarük edilib”, - deyə paylaşımda qeyd edilib.

Vyetnama həyata keçirilən bu tədarükdə 6 ədəd “L-39 Skyfox” təyyarəsi yer alıb. Əvvəlki tədarük 2024-cü ilin martında baş tutub. Vyetnamın 2303 bort nömrəli ilk “L-39 Skyfox” təyyarəsinin sınaq uçuşu isə 2023-cü ilin oktyabrında edilib. Aparılan sınaqlar nəticəsində təyyarədə heç bir problemin olmadığı açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Vyetnam   Təlim  


Bizi "telegram"da izləyin