Litva Avropanın nüvə təhlükəsizliyinə görə Parisin təkbaşına məsuliyyət daşımasına qarşı çıxıb

2025/03/1741443010.jpg
Oxunub: 484     18:02     08 Mart 2025    
Avropa nüvə təhlükəsizliyinə görə məsuliyyət tam olaraq Fransanın üzərinə düşə bilməz.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palutskas jurnalistlərə bildirib.

"NATO-nun nüvə doktrinasını "indi bunun fikrini Fransa çəkəcək" ifadəsi ilə əvəz etmək barədə iddialar son dərəcə məsuliyyətsiz və hətta təhlükəlidir", - o bildirib.

Litvanın Baş naziri qeyd edib ki, bu gün Avropanın arxalandığı NATO arsenalı, ABŞ arsenalı Fransanın imkanlarından on dəfə üstündür.

G.Palutskas hesab edir ki, Parisin təklifi xeyli maliyyə tələb edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Avropa   Paris  


Bizi "telegram"da izləyin