UNEC kollektivi Beynəlxalq Qadınlar Günündə şəhid analarını ziyarət edib - FOTOLAR

2025/03/img_5-1741440932.jpg
Oxunub: 653     16:07     08 Mart 2025    
UNEC kollektivi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid olmuş məzun və tələbələrinin analarını ziyarət edib.

Fakültə dekanları, əməkdaşlar və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Bakı və ətraf ərazilərdən olan şəhid məzunlarımızın analarına baş çəkərək, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.

Bundan başqa, UNEC rektoru, professor Ədalət Muradov universitetin şəhid olmuş tələbə və məzunlarının analarına təbrik mesajı göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: UNEC   Şəhid  


Bizi "telegram"da izləyin