Türkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək

2025/03/guler-1741440486.jpg
Oxunub: 416     15:56     08 Mart 2025    
Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək.

Ordu.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər.

Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər, eləcə də müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İordaniya  


Bizi "telegram"da izləyin