Türkiyənin “Leopard 2A4” tankının modernləşdirilməsi proqramının təfərrüatları açıqlanıb

2025/03/1741432672.jpg
Oxunub: 665     16:17     08 Mart 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbərlik etdiyi “Leopard 2A4” modernləşdirmə proqramı Türkiyə Silahlı Qüvvələrinin mövcud tank parkını müasir döyüş şəraitinə uyğunlaşdırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Catfish Blues” məlumat yayıb.

Layihə çərçivəsində tanklara qabaqcıl aktiv müdafiə sistemləri, rəqəmsal döyüş idarəetmə sistemləri və yeni nəsil atəş idarəetmə sistemləri inteqrasiya olunacaq.

Türkiyə MSK-nin rəhbərliyi altında başladılan “Leopard 2A4” modernləşdirmə layihəsi mövcud tankların müasir təhlükələrə qarşı daha davamlı olması məqsədilə hərtərəfli yenilənmə prosesini əhatə edir.

Modernləşdirmə prosesində xüsusilə zireh mühafizəsi, radioelektron sistemlər və komanda-nəzarət infrastrukturu ilə bağlı əhəmiyyətli təkmilləşdirmələr aparılır.

Önə çıxan ən mühüm yeniliklərdən biri AKKOR Aktiv Qoruma Sisteminin inteqrasiyası olacaq.

ASELSAN tərəfindən inkişaf etdirilən AKKOR aktiv radar sensorları ilə yaxınlaşan təhlükələri aşkar edərək, tankı idarə olunan tank əleyhinə raketlərdən qorumaq qabiliyyətinə malikdir.

Bu sistem müasir döyüş meydanında tankların sağqalma şansını əhəmiyyətli dərəcədə artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Leopard   Tank  


Bizi "telegram"da izləyin