Hindistan Rusiya ilə tank mühərriklərinin tədarükü üçün razılığa gəlib

2025/03/1741432569.jpg
Oxunub: 418     15:32     11 Mart 2025    
Hindistan Müdafiə Nazirliyi Rusiya dövlət müdafiə sənayesi ixracat şirkəti “Rosoboronexport” ilə Rusiya istehsalı olan T-72 tankları üçün mühərriklərin tədarükü ilə bağlı 248 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hindistan Müdafiə Nazirliyinin verdiyi açıqlamada “Rosoboronexport”un müqavilə çərçivəsində Hindistan hökumətinin idarə etdiyi müdafiə sənayesi şirkəti “Armoured Vehicles Nigam Limited”ə texnologiya ötürəcəyi bildirilib.

Açıqlamada 780 at gücündə mühərriklə təchiz edilmiş T-72 tanklarının Hindistan ordusunun tank parkının əsas dayağı olduğu və bu 248 milyon dollarlıq müqavilə ilə “Rosoboronexport”un bu tanklara 1000 at gücündə mühərrik təmin edəcəyi bildirilib.

Beləliklə, Hindistan ordusunun döyüş meydanında hərəkətliliyinin və hücum imkanlarının artırılması planlaşdırılır.

“Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev fevralın 7-də bildirib ki, Hindistana müdafiə sənayesi məhsullarının ixrac həcmi 80 milyard dollara çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya  


Bizi "telegram"da izləyin