Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
"Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıblar. Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir", - məlumatda qeyd edilib.
Bildirilib ki, qəza nəticəsində azı 36 hərbçi xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ordu.az