“Bayraktar TB3” İtaliya aviadaşıyıcısından havaya qalxa bilər

2025/03/1741424779.jpg
Oxunub: 569     14:56     08 Mart 2025    
İtaliya Hərbi Dəniz Qüvvələrinin bu yaxınlarda inventarına əlavə etdiyi çoxməqsədli amfibiya hücum gəmisi (LHD) “Trieste”nin qısa uçuş-enmə zolağına malik platformalara enmə-qalxma icra edə bilən “Bayraktar TB3” Pilotsuz Uçuş Aparatı (PUA) ilə maraqlanıb-maraqlanmadığı sualı gündəmə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Mövzu ilə bağlı qiymətləndirmələr aparan “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar “Bayraktar TB3” PUA-sının bənzərsiz imkanlarını vurğulayıb.

Bayraktar “Bayraktar TB3”ün bu cür gəmilər üçün strateji üstünlük verə biləcəyini qeyd edib.

“Düşünürəm ki, İtaliya maraqlı olardı. Çünki “Bayraktar TB3” dünyada qısa uçuş-enmə zolağına malik gəmilərə qalxma və enmə icra edə bilən ilk platforma oldu. Missiyaya başladıqda, böyük bir güc multiplikatoru olacaq. Bu ildən etibarən qısa uçuş-enmə zolağına malik TCG “Anadolu” gəmisindən əməliyyatlara başlamağı hədəfləyirik. Hazırda iş davam edir və kütləvi istehsal prosesi də davam edir”, - deyə Bayraktar bildirib.

“Bayraktar TB3”ün quru variantının istehsal xəttindən çıxdığını bildirən Bayraktar deyib: “Biz artıq dəniz versiyasının istehsal variantına başlamışıq. Bu il ərzində missiyaya başlamaq niyyətindəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trieste   Bayraktar   TB3  


Bizi "telegram"da izləyin