ABŞ mediası Türkiyənin “Akıncı” PUA-sı haqqında yazıb

2025/03/AKINC-1741423035.jpg
Oxunub: 731     21:35     10 Mart 2025    
ABŞ-nin “The National Interest” nəşri Türkiyənin inkişaf etdirdiyi “Akıncı” Pilotsuz Uçuş Aparatı (PUA) haqqında yazıb.

Ordu.az xəbər verir ki, xəbərdə “Akıncı”nın ənənəvi olaraq pilotlu döyüş təyyarələri üçün ayrılmış tapşırıqları yerinə yetirmək qabiliyyətinə malik qabaqcıl PUA kimi dizayn edildiyi bildirilib.

Türkiyənin son 20 ildə bölgədəki mühüm geosiyasi rolunu artırmaqla, Yaxın Şərq səhnəsində diqqəti cəlb etdiyi də vurğulanıb.

Xəbərdə aşağıdakı ifadələr yer alıb:

“Akıncı”nın inkişaf etdirilmə prosesi 2016-cı ildə “Baykar” tərəfindən başladılıb. Məqsəd pilotlu döyüş təyyarələri ilə eyni vəzifələri yerinə yetirə bilən qabaqcıl PUA istehsal etmək idi. “Bayraktar TB2” PUA-sı ilə böyük uğura imza atan Türkiyə “Akıncı” ilə bu uğuru bir addım da irəli aparıb.

“Akıncı” qanad genişliyi 65 fut və maksimum uçuş çəkisi 13.227 funt (təxminən 6.000 kq) olan platformadır. 2,976 funt (təxminən 1,350 kq) daşıma qabiliyyəti ilə “Akıncı” 40,000 fut (təxminən 12,000 metr) xidmət tavanına çata və 24 saata qədər əməliyyatlar həyata keçirə bilir.

“Akıncı” qabaqcıl süni zəka avionikləri və üç yedəkli ehtiyat uçuş idarəetmə sistemləri ilə təchiz edilib. Bu yolla o, xarici sensorlara və ya GPS-ə ehtiyac duymadan tamamilə avtonom əməliyyatlar həyata keçirə bilir. “Akıncı”nın son sınaqlarına məlumatları yerdən idarəetmə stansiyasına uğurla ötürən MURAD AESA radar sistemi də daxil olub. Bu radar “hava-hava” və “hava-yer” nişanlanma imkanlarına malikdir, çevik radioelektron şüa idarə etmə qabiliyyətini təklif edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Akıncı   PUA  


Bizi "telegram"da izləyin