“Bayraktar Kızılelma” aerodinamik sınaqdan keçib

2025/03/1741422848.jpg
Oxunub: 531     14:45     08 Mart 2025    
“Bayraktar Kızılelma” tərəfindən həyata keçirilən Aerodinamik Sistem Tanıma Sınağı uğurla tamamlanıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Baykar” tərəfindən milli olaraq inkişaf etdirilən Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” sınaq cədvəlindəki mərhələləri uğurla tamamlamağa davam edir.

Sonuncu dəfə martın 6-da keçirilən Aerodinamik Sistem Tanıma Sınağı uğurla həyata keçirilib.

“Bayraktar Kızılelma”nın Tekirdağ vilayətinin Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxan TC-OZB3 bort nömrəli istehsal prototipi PT3 sınaq uçuşunda aerodinamik sistem identifikasiya fəaliyyətlərini tamamlayıb.

Sınaq prosesi müəyyən olunmuş qrafikə uyğun olaraq davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Kızılelma   Türkiyə  


Bizi "telegram"da izləyin