Bu barədə
Ordu.az-a XİN-dən məlumat verilib.
Məlumata görə, humanitar yardım çərçivəsində məktəbdə təhsil alan və yaşayan əqli qüsurlu uşaqların bir sıra təxirəsalınmaz sosial tələbatları, həmçinin məktəb binasının ən təcili maddi-texniki ehtiyacları təmin ediləcək.
AİDA-nın humanitar aksiyası münasibəti ilə martın 7-də məktəbdə təşkil edilən təqdimat mərasimində Vihiqa əyalətinin qubernatoru Dr. Uilber Ottiçilo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Keniya təhsil nazirinin birinci müavini Beatris İnyangala, millət vəkilləri Beatris Adagala və Klement Sloya, Vihiqa əyalətinin müvəkkili Florens Sitava və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ordu.az