Çexiya 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3%-nə çatdıracaq

2025/03/1741336254.jpg
Oxunub: 577     19:29     08 Mart 2025    
Çexiya hökuməti müdafiə xərclərini 2030-cu ilə qədər ümumdaxili məhsulun 2%-dən 3%-ə qədər tədricən artırmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.

Fiala qeyd edib ki, yeni geosiyasi reallıqları qarşılamaq üçün müdafiə xərcləri artırılmalıdır.

“Müdafiə xərclərinin artırılması təhlükəsizlik üçün əhəmiyyətli, zəruri və vacibdir”, - deyə Çexiyanın Baş naziri vurğulayıb.

Fiala əlavə edib ki, bu, həm də iqtisadiyyat üçün bir fürsətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin