Ordu.az xəbər verir ki, Almaniyada yerləşən sursat istehsalçısı RWS 2025-ci il fevralın 23-25-də Nürnberqdə keçirilmiş “Enforce Tac” sərgisində FPV tipli PUA-lar və kamikadze PUA-ları üçün hazırlanmış “Urban Drone Defence” (UDD) sursat həllini təqdim edib.
RWS tərəfindən pulemyotlardan atılmaq üçün hazırlanmış qısa mənzilli sursat 7,62 x 51 mm çapa malikdir və polimer ucu sayəsində yüksək atəş sürətində dəqiqlik, etibarlılıq təmin edərək, hədəf elementlərə qarşı effektiv müdaxilə təklif edir.
UDD sursatı hərbi obyektləri, infrastrukturları və ictimai təhlükəsizliyi qorumaq üçün sürətli, sərfəli müdafiəni təmin etməyi hədəfləyir. Bu kontekstdə sursat yüngül, lakin möhkəm quruluşu ilə geniş müdafiə tətbiqləri üçün optimallaşdırılıb.
Bundan əlavə, patentli SINTOX kapsul kimi aşağı emissiyalı komponentlərin istifadəsi sayəsində ətraf mühitin çirklənməsini minimuma endirir və istifadəçi üçün daha təmiz sursat həlli kimi seçilir.
Bu kontekstdə RWS müxtəlif tətbiq ssenariləri üçün 2 fərqli variantda 7,62 x 51 mm çaplı UDD döyüş sursatı təklif edir.
Sevinc Əliyeva
Ordu.az