Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB (FOTOLAR)

2025/03/1990a-1741255441.jpg
Oxunub: 2373     13:44     06 Mart 2025    
Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, Həsənriz kəndinə 25 ailə, ümumilikdə 75 nəfər köç edib. Açarların təqdim edilməsi mərasimində Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanılıb. Artıq kəndə 50 ailə köçürülüb və köç mərhələli şəkildə davam edəcək. Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri aparılır. Həsənriz kəndi qısa zamanda elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub.

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumatlandırılıblar. Onlara naməlum əşyalardan uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək ki, martın 3-də Həsənriz kəndinə ilk köç baş tutub və 25 ailə doğma torpaqlarına qayıdıb.

***

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

Ordu.az-ın məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

***

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

Ordu.az-ın məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdərə   Həsənriz   Köç  


Bizi "telegram"da izləyin