Ordu.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş pontifikin durumu sabitdir, tənəffüs tutmaları təkrarlanmayıb.
Əvvəlki kimi, gecə saatlarında burun boruları vasitəsilə oksigen təchizatı maska vasitəsilə süni ağciyər ventilyasiyası ilə əvəz olunacaq. Tənəffüs fizioterapiyasına hərəkət terapiyası da əlavə edilib. Səhər saatlarında Fransisk yenidən Qəzzadakı katolik icmasına zəng edib, həmçinin bir müddət işlə məşğul olub.
Bəyanatda klinik vəziyyətin mürəkkəb olaraq qaldığı və proqnozun ehtiyatlı olduğu vurğulanıb.
Xatırladaq ki, Roma Papası fevralın 14-dən xəstəxanadadır.
Ordu.az