Ordu.az xəbər verir ki, bu haqda Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, İsrailin Qəzza zolağına qarşı 7 oktyabr 2023-cü il tarixindən bu ilin 19 yanvar tarixində qüvvəyə minmiş atəşkəs rejiminə qədər davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 48 min 440-a çatıb, yaralıların sayı isə 111 min 845 nəfər olub.
Məlumatda həmçinin bildirilir ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi ilə bağlı sazişə baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Belə ki, Qəzzada atəşkəs başlayandan bəri İsrailin hücumları nəticəsində 116 fələstinli həlak olub, 490 nəfər isə yaralanıb.
Ordu.az