CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər

2025/03/1741199672.jpg
Oxunub: 536     22:28     05 Mart 2025    
Vaşinqtondan yeni yardım olmasa, Ukraynadakı Patriot raketlərinin tədarükü bir neçə həftəyə tükənə bilər.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, Ukrayna ordusunu hazırda Patriot sistemlərini əvəz edə biləcək alternativi yoxdur.

CNN onu qeyd edib ki, Kiyevin arsenalında sözügedən zenit sistemləri üçün dəqiq neçə raket qaldığı hələ də məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev  


Bizi "telegram"da izləyin