KİV: ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır

2025/02/1739701100.jpg
Oxunub: 438     21:44     05 Mart 2025    
ABŞ Prezidenti Donald Trampın administrasiyası Fələstinin HƏMAS hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının mümkünlüyü ilə bağlı ictimaiyyətə açıqlanmayan birbaşa danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın girovluq məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beler və HƏMAS nümayəndələri arasında görüşlər Dohada baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   ABŞ  


Bizi "telegram"da izləyin