Vaşinqton və Kiyev nadir metallarının hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib

2025/02/1739163624.jpg
Oxunub: 501     17:58     05 Mart 2025    
Vaşinqton və Kiyev Ukraynanın nadir torpaq metallarının hasilatı ilə bağlı sazişin müzakirəsində irəliləyiş əldə ediblər.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna metalları üzrə saziş müsbət istiqamətdə irəliləyir.

M.Uolts bildirib ki, bu, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı "danışıqlara doğru bir addımdır".

Trampın müşaviri həmçinin bildirib ki, əgər danışıqlar məsələsi (Ukrayna problematikası üzrə) tam həll olunarsa, Vaşinqton Ukraynaya hərbi yardımı bərpa edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Kiyev  


Bizi "telegram"da izləyin