PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb

2025/03/9f88e-1741175627.jpg
Oxunub: 626     15:44     05 Mart 2025    
PKK terror təşkilatının bu ilin aprel ayında özünü buraxmaq üçün qurultay keçirəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, ötən həftə qruplaşmanın başçısı Abdulla Öcalan təşkilata özünü buraxıb tərksilah olunmaqla bağlı müraciət etmişdi. Məlumata görə, Öcalanın da qurultayda iştirak edəcəyi ehtimal olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   Terror-təşkilatı  


Bizi "telegram"da izləyin