Rusiyaya kibercinayətlərdən dəyən ziyanın miqdarı açıqlanıb

2024/03/1711424943.jpg
Oxunub: 477     15:26     05 Mart 2025    
2024-cü ildə Rusiyaya kibercinayətlərdən dəyən ziyan təqribən 200 milyard rubl (2.2 mlrd. dollar) təşkil edib.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə kibercinayətlərin qurbanlarının təxminən 25%-i pensiyaçılar olub.

Putin bildirib ki, Rusiyanın dövlət miqrasiya siyasəti konsepsiyası 2025-ci ildə mümkün qədər tez qəbul edilməlidir. O, Daxili İşlər Nazirliyindən qanunsuz miqrasiya kanallarını qarşısını almağı tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kibercinayət  


Bizi "telegram"da izləyin