“General Atomics” “Quadratix” proqram təminatı təşəbbüsünü təqdim edib

2025/03/1741068308.jpg
Oxunub: 440     17:31     05 Mart 2025    
“General Atomics” (GA) yeni proqram təminatı təşəbbüsü olan “Quadratix”in istifadəyə verildiyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu addımla şirkətin bütün sahələrdə əməliyyat imkanlarını və informasiya üstünlüyünü yüksəltməyi hədəflədiyi bildirilib.

Həmçinin qeyd edilib ki, müxtəlif iş vahidlərindən proqram təminatı təşəbbüslərini vahid inteqrasiya edilmiş texnologiya platformasında birləşdirən “Quadratix” həmləsi ilə “General Atomics”in müxtəlif sistem və alt sistemlərinin inteqrasiya olunmuş şəkildə işləməsi ilə kritik kəşfiyyatın komanda, nəzarət, toplama və kommunikasiyası təmin ediləcək.

“Quadratix” “General Atomics”in geniş proqram təminatı işçi qüvvəsini və texnologiya həllərini bir dam altında bir araya gətirərək, aşağıdakı sahədələrdəki səyləri birləşdirəcək:

Avtonomluq, süni zəka və maşın öyrənməsi
Havadan kəşfiyyat, müşahidə və aşkarlama
Dəniz əsaslı təhlükənin aşkarlanması
Kosmos əsaslı missiyalar və peyk əməliyyatları
Kiber istismar
Vahid məlumat inteqrasiyası və vizuallaşdırma

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Atomics   Quadratix  


Bizi "telegram"da izləyin